Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Məktəblilərlə erkən nikahın mənfi nəticələri ilə bağlı maarifləndirici söhbət aparıldı

0

  •          Dekabr ayının 10-da Xocalı şəhər 4 saylı tam orta məktəbin şagirdləri ilə "Erkən nikahların qarşısının alınması" sahəsində maarifləndirici söhbət aparıldı. Görüşdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Lamiyə Qarayeva, rayon icra hakimiyyəti aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xəlil Vəliyev, Xocalı RPŞ-nin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Tural Xəlilov, Xocalı RTŞ-nin məsləhətçisi Xəyyam Cəfərov, aparıcı məsləhətçi Emil Verdiyev, məktəb şagirdləri və valideynlər iştirak etdilər.         Çıxışlarda erkən nikahların mənfi nəticələri və cəmiyyətə vurduğu ziyanla bağlı şagirdlərə geniş məlumat verildi. Bildirildi ki, erkən hamiləlik təkcə sonradan doğulan körpənin deyil, ananın da həyatını təhlükə qarşısında qoyur. Bu cür nikahların yaratdığı daha bir problem də gənclərin təhsildən yayınması və cəmiyyət üçün sağlam olmayan nəslin yetişməsi, əlilliyi olan uşaqların doğulmasıdır. Sağlamlıq və inkişaflarına olan riskdən başqa, qızların 18 yaşdan tez nikaha daxil olmaları onları həm də fiziki, cinsi və psixoloji zorakılıq qurbanına çevirə bilər. Həm beynəlxalq sazişlər və konvensiyalar, həm də milli qanunvericiliyə əsasən erkən nikahların yolverilməz olduğu aydın görünür.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib62 dəfə
    məktəblilərlə erkən nikahın mənfi nəticələri ilə bağlı maarifləndirici söhbət aparıldı

    Maraqlı gələ bilər
    45
    50
    123
    54
    71
    43